Latviya rus dilini qadağan etməyi planlaşdırır

Dünya

02.05.2025 11:15

11

Latviya Seyminin (birpalatalı parlament) Büdcə və Maliyyə Komitəsi mobil bankinq proqramlarında rus dilindən istifadəni qadağan edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə "LSM" dövlət televiziya və radio portalı məlumat yayıb.

Bildirilib ki, təşəbbüs bank müştərilərinin qarşılıqlı əlaqədə olduğu bütün sənədlərin və rəqəmsal interfeyslərin, o cümlədən mobil proqramlar, veb-saytlar və zəng mərkəzi operatorları ilə əlaqənin latış dilində olmasını nəzərdə tutur.

Qanun layihəsinin təşəbbüskarlarının fikrincə, hazırda Baltikyanı respublikanın maliyyə sektorunda rus dilindən fəal istifadə olunur və bu, ölkədə latış dilinin mövqeyini zəiflədir.

Qeyd edək ki, bundan əvvəl isə 2024-cü ilin sentyabrında Latviya Seymi “Kredit təşkilatları haqqında” qanuna ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən düzəlişlər qəbul edib.

Dəyişikliklər bu il yanvarın sonunda qüvvəyə minib.

Töhfə Səməd

tag: Latviya ,Seym,Büdcə ,Maliyyə Komitəsi ,Rus dili,todaypress.az,