Lavrov: “ABŞ Avropaya təsir göstərə bilər”
“Rusiya və ABŞ “Şimal axını” qaz kəmərləri ilə bağlı danışıqlar aparır”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Birinci kanal”a verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, ABŞ Avropa üzərindəki təsirindən istifadə edərək Rusiyadan qaz tədarükünü bərpa etdirməyə çalışa bilər:
“Hazırda, əlbəttə, fikir ayrılıqları var. Amerikalıların Avropaya təsir göstərmələri və onu Rusiya qazından imtina etməməyə məcbur etmələri maraqlı olardı. Amma bu artıq bir növ sürrealizmdir”.
Nazir əlavə edib ki, Avropa ölkələri və biznesi ABŞ ilə müqayisədə enerji daşıyıcılarına dəfələrlə artıq pul ödəyir.
Qiymət Mahir
tag: Sergey Lavrov,Rusiya,XİN,Nazir,ABŞ,Avropa,Todaypress.az,