Lavrov: “Aİ Rusiyaya qarşı sanksiyalar paketi hazırlayır”

Dünya

12.02.2025 16:17

1113

“Avropa İttifaqı (Aİ) hazırda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır”. 

TodayPress xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu mətbuat konfransında bəyan edib. 

"Aİ artıq 16-cı sanksiyalar paketini hazırlayır və belə bir siyasətin iqtisadi nəticələrinin acınacaqlı olacağı görünür” deyə nazir bildirib. 

Lavrov qeyd edib ki, Rusiyaya qarşı olan sanksiyalar dünyada heç bir dövlətin ticari-iqtisadi əlaqələrinin inkişafına kömək etmir. Əksinə bu məhdudiyyətləri tətbiq edən ölkələrə də ziyan dəyir. 

Aysel Mətləb

tag: Avropa İttifaqı,Rusiya,Sanskiya,Sergey Lavrov,todaypress.az,