Lavrov Baydeni “inciyən uşaq” adlandırdı
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin dövründə Moskva–Vaşinqton münasibətlərinin “anormal” xarakter daşıdığını və Baydenin davranışının qeyri-ciddi olduğunu bildirib.
TodayPress xəbər verir ki, Lavrov bu barədə “Birinci kanal”a açıqlamasında danışıb.
“Bu, xüsusilə Bayden kimi təcrübəli bir siyasətçiyə yaraşmayan davranış idi. O, daim təcrübəsi ilə öyünürdü. Amma sonra elə davrandı ki, elə bil uşaq bağçasındayıq. Bu sadəcə gülüncdür” deyə nazir bildirib.
Lavrov əlavə edib ki, indi, ciddi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ arasında dialoq bərpa olunub və münasibətlər müəyyən mənada normallaşma mərhələsinə daxil olub.
Qiymət Mahir
tag: Rusiya,Lavrov,ABŞ,Bayden,Todaypress.az,