Lavrov: “Gürcüstan üçün “3+3” formatında həmişə yer var”

Dünya

19.02.2025 18:40

1603

Rusiya Gürcüstana “3+3” formatında danışıqlara başlamaq üçün həmişə yer ayrıldığını və qapıların açıq olduğunu təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov açıqlama verib.

“Hamı razıdır ki, bizim məhz "3+3" formatımız var və Gürcüstanın mövqeyindəki şübhə və incəlikləri anlayırıq. Lakin Gürcüstan nümayəndələri üçün formatın iclas zalında həmişə bir kreslo olacaq” deyə Lavrov Rusiya Dövlət Dumasında keçirilən parlament saatında bildirib.

Nazir Gürcüstanın hazırkı rəhbərliyinin dövlətin milli maraqlarına əsaslandığını vurğulayıb və “3+3” formatında dialoqun bütün iştirakçılar üçün faydalı olacağını qeyd edib.

Qiymət Mahir

tag: Rusiya ,Gürcüstan,"3+3",Lavrov,todaypress.az,