Lavrov İran-ABŞ danışıqlarını müsbət qiymətləndirdi

Dünya

28.04.2025 06:50

11

Rusiya xarici işlər naziri Sergey Lavrov İran və ABŞ arasında başlayan danışıqları alqışlayıb.

TodayPress xəbər verir ki, bu barədə o, “CBS”ə verdiyi müsahibədə danışıb. 

Lavrov Moskvanın bu prosesə müdaxilə etmədiyini, lakin lazım gələrsə, tərəflərə kömək etməyə hazır olduqlarını bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton heç vaxt Rusiyadan Tehranla strateji tərəfdaşlığı dayandırmağı tələb etməyib.

Qeyd edək ki, 26 aprel tarixində ABŞ və İran arasında nüvə proqramı və sanksiyaların ləğvi üzrə üçüncü danışıqlar raundu başa çatıb. Tərəflər İranın nüvə silahı istehsalından imtinası müqabilində sanksiyaların ləğvini müzakirə ediblər.

Qiymət Mahir


tag: ABŞ,İran,Rusiya,Lavrov,todaypress.az,