Lavrov: “Moskva Ukrayna ilə danışıqları bloklamır”
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Ukrayna ilə danışıqları bloklamır və dialoqa açıqdır.
TodayPress xəbər verir ki, onun sözlərini Rusiya KİV-i yayıb.
Lavrovun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması yalnız Rusiyanı qane edən şərtlər əsasında mümkün ola bilər.
Əsas tələblərdən biri isə Ukraynanın NATO-ya üzv olmamasına dair “dəmir-beton” zəmanətin verilməsidir.
Bundan əlavə, nazir bu həftə Rusiya və ABŞ arasında yeni danışıqlar raundunun keçiriləcəyini açıqlayıb.
Görüş zamanı iki ölkənin səfirliklərinin fəaliyyətinin bərpası məsələsinin də müzakirə olunacağı bildirilib.
Qiymət Mahir
tag: Rusiya,Sergey Lavrov , Xarici İşlər Naziri,Moskva ,todaypress.az,