Lavrov: “Moskva və Vaşinqton arasında təmaslar olacaq”
“Bu həftə Rusiya və ABŞ arasında təmaslar baş tutacaq”.
TodayPress xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Lavrovun sözlərinə görə, bu təmaslar diplomatik missiyaların işindəki maneələri aradan qaldırmağa yönəlib.
“Rusiya və ABŞ bu həftə diplomatik missiyaların işinin normallaşdırılması ilə bağlı tam məsləhətləşmələr aparacaq” deyə o qeyd edib.
Rusiya XİN başçısı ABŞ-nin Ukrayna ilə bağlı Rusiya ilə dialoq üçün xüsusi nümayəndə təyin etməli olduğunu da diqqətə çatdırıb.
tag: Sergey Lavrov,Rusiya,Ukrayna,Türkiyə,todaypress.az,