Lavrov NATO baş katibini “aciz” adlandırdı

Dünya

26.03.2025 18:45

2425

Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Mark Rüttenin davranışını sərt şəkildə tənqid edib. 

TodayPress xəbər verir ki, Lavrov bu fikirləri “Birinci kanal”a verdiyi müsahibədə səsləndirib.

Nazir bildirib ki, Mark Rüttenin ABŞ prezidenti Donald Trampa “Qrenlandiya məsələsində NATO-nu qarışdırmamağa” çağırışı diplomatik baxımdan həm gülməli, həm də aciz görünüb: 

“Danimarka hazırda Qrenlandiyaya sahibdir və NATO üzvüdür. Rütte isə deyir ki, alyans öz üzvlərinin ərazi bütövlüyünə toxunmağa icazə verməz. Amma Qrenlandiya məsələsində danışmaqdan belə çəkinir”.

Xatırladaq ki, martın 13-də Donald Tramp Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu bəyan etmişdi. Bu açıqlamaya sərt reaksiya verən Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Yarlov bildirib ki, belə bəyanatlar ABŞ ilə Danimarka arasında hərbi qarşıdurma riski yaradır.

Qiymət Mahir

tag: Rusiya,NATO,Lavrov,Baş katib,todaypress.az,