Lavrov: “NATO qoşunlarının Ukraynada olması Rusiya üçün təhdiddir”
“Rusiya üçün NATO ölkələrinin qoşunlarının Ukrayna ərazisində istənilən formada və bayraq altında olması təhdid hesab edilir”.
TodayPress “TASS”a istnadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı bloqçulara müsahibəsində deyib.
“Əgər NATO-nun genişlənməsi, ən azı Donald Tramp tərəfindən əsas səbəblərdən biri kimi tanınırsa, o zaman NATO qoşunlarının Ukraynada istənilən formada mövcudluğu bizim üçün eyni dərəcədə təhdiddir” Lavrov bildirib.
Nazirə NATO ölkələrinin hərbçilərinin Ukraynada sülhməramlı kimi yerləşdirilməsinin Rusiya tərəfindən hansı şərtlərlə qəbul edilə biləcəyi barədə sual verilib. Lavrov isə bu variantı qəti şəkildə rədd edib.
“Heç bir şərtlə. Heç kim bizimlə bu barədə danışmır. Onlar “Ukrayna haqqında Ukraynasız heç nə” prinsipindən danışırlar, amma eyni zamanda Rusiyaya qarşı hər şeyi Rusiyasız edirlər. ABŞ prezidenti Donald Trampdan sülhməramlılar haqqında soruşduqda, o bildirdi ki, bunu müzakirə etmək hələ tezdir, amma adətən bunun üçün bütün tərəflərin razılığı lazımdır. Bəs biz niyə belə bir razılıq verməliyik? Onlar sülhməramlı qüvvələrin bizi düşmən elan etmiş ölkələrdən ibarət olmasını istəyirlər. Onlar oraya doğrudan da sülhməramlı kimi gələcəklər?” deyə Lavrov vurğulayıb.
Qiymət Mahir
tag: Sergey Lavrov ,Rusiya, Xarici İşlər Naziri,Moskva ,Müsahibə,NATO,Ukrayna,Sülhməramlı,Todaypress.az,