Lavrov: “Ölkələrin mövqeyində Ukrayna münaqişəsi ilə bağlı realizm yaranıb”

Dünya

24.02.2025 15:20

1750

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov fevral 24-də verdiyi açıqlamada bir çox ölkələrin Ukrayna münaqişəsinə yanaşmasında daha çox realizm ortaya çıxdığını bildirib.

TodayPress xəbər verir ki, bu barədə o, Türkiyə Xarici İşlər Nazirliyinin həmkarı Hakan Fidan ilə görüşündən sonra mətbuat konfransında bildirib.

Lavrov, Rusiyanın Ukrayna ilə bağlı mövqeyini dəyişmədiyini qeyd edib.

“Sadəcə məmnuniyyətlə qeyd edirik ki, bir çox ölkələrin mövqeyində daha çox realizm var. Onlar başa düşürlər ki, bu vəziyyətin əsas səbəblərini aradan qaldıracaq uzunmüddətli və dayanıqlı razılaşmalar olmadan heç bir nəticəyə gəlinə bilməz”  deyə Lavrov vurğulayıb.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Sergey Lavrov,Dünya,todaypress.az,