Lavrov Özbəkistana səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 22-dən 23-dək Özbəkistanda səfərdə olacaq.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, nazir, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və respublikanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüş keçirməyi planlaşdırır.
Əsas diqqət Moskva və Daşkənd arasında strateji əməkdaşlığın inkişafına, regional təhlükəsizlik və beynəlxalq təşkilatlar platformalarında qarşılıqlı fəaliyyətə yönələcək.
Töhfə Səməd
tag: Rusiya,Lavrov,Özbəkistan,Səfər,Todaypress.az,