Lavrov: “Putin ABŞ-nin atəşkəs təşəbbüsünü dəstəklədi”
"Rusiya prezidenti Vladimir Putin ABŞ-nin 30 günlük atəşkəs təklifini dərhal dəstəkləyib".
TodayPress xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “RİA”ya açıqlamasında bildirib.
Lavrovun sözlərinə görə, Putin atəşkəsin yalnız keçmişdəki səhvlərin təkrarlanmaması şərti ilə həyata keçirilməsinə razılıq verib. Bu bəyanat ABŞ prezidenti Donald Trampın Ukraynaya qarşı zərbələrin dayandırılması çağırışına cavab olaraq səsləndirilib.
Qiymət Mahir
tag: Rusiya,Lavrov,ABŞ,Putin,Tramp,todaypress.az,