Lavrov: Rusiya və ABŞ münasibətlərin normallaşdırılması üzrə yeni görüş hazırlayır
Rusiya və ABŞ ikitərəfli münasibətləri
normallaşdırmaq üçün yeni görüş hazırlayır.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu
barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında
bildirib.
Rusiya XİN başçısının sözlərinə görə, Moskva və Vaşinqton
iki ölkə prezidentinin razılığı ilə səfirliklərin işinə ciddi mane olan
“qıcıqlandırıcı” məsələlərin aradan qaldırılması mövzusu üzərində işləyirlər.
“İstanbulda görüş oldu, hazırda ikinci görüş hazırlanır,
eyni zamanda, telefon və videokonfrans vasitəsilə təmaslar qurulur. Proqnoz
vermək istəmirəm, lakin irəliləyiş olduğunu və amerikalı tərəfdaşlarımızın
diplomatik praktika baxımından tamamilə qəbuledilməz olan diplomatların
paytaxtlarda normal işinə mane törədən məsələləri aradan qaldırmaq istəyini
görürük” Lavrov deyib.
tag: Rusiya, Lavrov, ABŞ, Vaşinqton, Prezident, XİN, todaypress.az,