Lavrov: "Trampın Ukrayna ilə bağlı bəyanatları ümidvericidir”
“ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinin Ukrayna ilə bağlı açıqlamaları hazırda ümumilikdə ümidvericidir”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Uzaq vədəli nəticələr çıxarmaq hələ tezdir, lakin Donald Tramp administrasiyasının nümayəndələrindən indiyə qədər eşitdiklərimiz ümumilikdə ümidvericidir. Ağ Evin sahibi özü də etiraf edib ki, münaqişənin əsas səbəblərindən biri NATO-nun genişlənməsi və Ukraynanı ona cəlb etmək cəhdləri olub" deyə nazir qeyd edib.
O, Rusiyanın danışıqlara hazır olduğunu bəyan edib:
"Rusiya prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, hər zaman danışıqlara hazırıq. Lakin eyni zamanda, milli maraqlarımız təmin edilməlidir. Ukraynadakı münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır".
Qiymət Mahir
tag: Sergey Lavrov ,Rusiya, Xarici İşlər Naziri,ABŞ,Tramp,Ukrayna,Todaypress.az,