Lavrov Ukrayna danışıqlarının təfərrüatlarını açıqladı

Dünya

26.04.2025 12:00

9

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada nizamlanma ilə bağlı vəziyyəti şərh edib. 

TodayPress xəbər verir ki, o, bu barədə "CBS" televiziyasına müsahibəsində danışıb.

Lavrov Ukrayna ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb və izah edib ki, Moskva dialoq davam etdiyi müddətdə onun məzmununu açıqlamayacaq.

"Biz ciddi insanlarıq və ciddi təklifləri nəzərdən keçirir, irəli sürürük. Bu, proses başa çatana qədər ictimai müzakirə edilməməlidir" deyə o bildirib.

Qeyd edək ki, aprelin 25-də Kremldə Rusiya prezidenti Vladimir Putin və Amerika liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqlar olub. Söhbət üç saata yaxın davam edib. Görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, dialoq Moskva və Vaşinqtona Ukrayna və bir sıra beynəlxalq məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa imkan verib.

Töhfə Səməd 

tag: Rusiya,Sergey Lavrov,Ukrayna,Putin,todaypress.az,