Lavrov Ukrayna məsələsində Trampla razılaşdı
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinin həlli üçün düzgün istiqamətdə irəliləyirlər.
TodayPress xəbər verir ki, o, bu barədə "CBS News"a müsahibəsində danışıb.
Lavrov ABŞ prezidenti Donald Trampın bu mövzuda fikirləri ilə razı olduğunu deyib.
Onun sözlərinə görə, Tramp mümkün razılaşmadan danışıb və Rusiya da buna hazırdır.
Nazir əlavə edib ki, hələ müəyyən detallar var və hazırda bu məsələlər üzərində işlər görülür.
Türkan İsgəndərli
tag: Rusiya,Sergey Lavrov,ABŞ,Ukrayna,todaypress.az,