Lavrov və çinli həmkarı Ukrayna böhranının həlli perspektivlərini müzakirə etdilər
Rusiyanın
xarici işlər naziri Sergey Lavrov və çinli həmkarı Vanq Yi Moskvada danışıqlar
zamanı Ukrayna böhranının həlli yolları ilə bağlı fikir mübadiləsi aparıblar.
TodayPress xəbər verir ki, bu barədə “TASS" məlumat yayıb.
Bəyanata görə, tərəflər Ukrayna böhranının
nizamlanması perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bildirilib
ki, danışıqlar zamanı yüksək səviyyələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin
qrafiki, eləcə də praktiki və humanitar əməkdaşlığın müəyyən məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.
Aynur TAC
tag: Çin,Lavrov, Rusiya, Ukrayna, Böhran, todaypress.az,