Lavrov və Mirzoyan sülh sazişi mətnini müzakirə etdilər

Dünya

24.03.2025 18:09

2682

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla regional gündəliyi müzakirə edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya XİN-in nazirlərin telefon danışığının yekunlarına dair yaydığı məlumatda bildirilib. 

"Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli, regional və qlobal gündəliyin aktual məsələlərini müzakirə ediblər. İrəvan və Bakı arasında sülh sazişinin mətninin razılaşdırılmasında Moskvanın yüksək qiymətləndirdiyi irəliləyiş qeyd olunub" məlumatda vurğulanıb. 


tag: Sergey Lavrov, Ararat Mirzoyan,Bakı ,İrəvan,Todaypress.az,