Lavrov: “Zelenski Trampdan istifadə etmək istəyir”

Dünya

28.04.2025 07:45

10

"Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünü Kiyevi gücləndirmək üçün istifadə etməyə çalışır".

TodayPress xəbər verir ki, bu barədə Lavrov “CBS News”a müsahibəsində danışıb.

Nazir qeyd edib ki, Avropa İttifaqı danışıqları Ukraynanı qalib etmək vasitəsinə çevirmək istəyir, lakin bu, Trampın məqsədi deyil. Lavrov həmçinin vurğulayıb ki, əvvəllər imzalanmış sazişlər Qərbin dəstəyi ilə Ukrayna tərəfindən pozulub və Rusiya bundan dərs çıxarıb.

“Əgər atəşkəs Ukraynaya daha çox silah tədarük etmək üçün tələb olunursa, onda məqsədiniz nədir?” deyə Lavrov əlavə edib.

Qiymət Mahir

tag: Lavrov,Rusiya,Tramp,Ukrayna,todaypress.az,