Lavrovdan sərt bəyanatlar
"Rusiya Ukraynada xarici sülhməramlıların yerləşdirilməsi ilə bağlı kompromis üçün yer görmür".
TodayPress xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
“Biz qətiyyən bu cür hərəkətləri qəbul edə bilmərik. Bu, Rusiyaya qarşı müharibəyə NATO ölkələrinin guya hibrid deyil, birbaşa, rəsmi, ört-basdır edilməməsi demək olacaq”.
Xarici siyasət idarəsinin rəhbəri Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Avropaya təhlükə yaratdığı və bu təhlükənin qarşısını almaq üçün Ukraynaya qoşun yeritmək lazım olduğuna dair bəyanatına da diqqət çəkib.
O bildirib ki, Rusiya Ukrayna ərazisində Fransa qoşununun potensial mövcudluğunu NATO qüvvələri kimi nəzərdən keçirəcək.
Lavrovun sözlərinə görə, Makronun Ukrayna və Rusiya ilə bağlı bəyanatları gərginlikdən irəli gəlir və Putinə münasibətdə onun fikirləri Trampla ziddiyyət təşkil edir.
Türkan İsgəndərli
tag: Lavrov,Rusiya,NATO,Ukrayna,Todaypress.az,