Lavrovla Mirzoyan arasındakı danışıqların bəzi detalları məlum oldu
"Lavrov və Mirzoyan arasında baş tutan danışıqlar üç saat davam edib".
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinq zamanı deyib.
O, yanvarın 21-də Moskvada baş tutan Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün bəzi detallarını açıqlayıb.
XİN rəsmisi qeyd edib ki, danışıqlarda hər şey kamera önündə müzakirə olunmayıb.
"Bir çox məsələlər bağlı qapılar arxasında müzakirə olunub. Bu, tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir sıra məqamlar üzrə açıq danışıqlar olub” deyə o qeyd edib.
tag: Lavrov ,Mirzoyan ,Rusiya,Mariya Zaxarova,todaypress.az,