Le Figaro: Fransa Rusiyaya qarşı əməliyyat keçirəcək
Fransa hərbi qulluqçuları NATO ilə Rusiya arasında mümkün toqquşma ehtimalına görə Rumıniyanın Ukrayna və Moldova ilə sərhədindəki ərazinin xəritəsini çəkirlər.
TodayPress xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.
Bildirilib ki, 2024-cü ildə Fransa Quru Qoşunlarının 28-ci əlahiddə hərbi hissəsinin - respublikada yeganə hərbi topoqraflar bölməsinin hərbçiləri ərazinin xəritələrini yeniləmək üçün Rumıniyaya gəliblər.
Hərbçilər Karpat ətəkləri ilə Dunay arasındakı dəhliz olan Fokşani qapısının xəritələşdirilməsinə xüsusi diqqət yetiriblər ki, bu dəhliz NATO-ya görə, Rusiya ordusu tərəfindən hücum üçün istifadə oluna bilər.
Bölmənin komandiri, polkovnik Qiyom Şmidt bildirib ki, döyüş şəraitində, peyk siqnalları boğulsa belə, qoşunlar əməliyyatları davam etdirməyə hazır olmalıdır.
Öncədən müəyyən edilmiş yer nişanlarının köməyi ilə qüvvələr öz yerlərini dəqiq müəyyən edə və döyüş tapşırıqlarını yerinə yetirə biləcəklər.
Töhfə Səməd
tag: Fransa,Rusiya,Əməliyyat,Plan,Todaypress.az,