Le Pen: "2027-ci il seçkiləri mənim üçün sonuncu ola bilər"
Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen açıqlamasında bildirib ki, 2027-ci ildə keçiriləcək prezident seçkiləri onun siyasi karyerasında sonuncu ola bilər.
TodayPress xəbər verir ki, o, bu barədə "Le Parisien" qəzetinə verdiyi müsahibədə danışıb.
"Siyasətdə "heç vaxt" demək olmaz. Amma bəli, düşünürəm ki, əgər prezident seçilməsəm, bu mənim üçün sonuncu seçki olacaq" deyə o bildirib.
Qeyd edək ki, Le Pen hazırda Fransa Milli Məclisində ən böyük müxalifət fraksiyasına rəhbərlik edir.
O, 2017 və 2022-ci illərdə prezident seçkilərində ikinci turda məğlub olub.
Töhfə Səməd
tag: Marin Le Pen,Fransa,2027,Seçki,Todaypress.az,