Le Pen: Fransa nüvə arsenalını heç kimlə bölüşməməlidir

Dünya

01.03.2025 18:58

1177

Paris öz nüvə arsenalını heç kimlə bölüşməməlidir.   

TodayPress xəbər verir ki, bu fikirləri “Milli Birlik” parlament fraksiyasının lideri Marin Le Pen jurnalistlərlə söhbətində deyib. 

"Nüvə çəkindirici qüvvələr Fransada qalmalıdır. Biz onları heç kimlə paylaşmamalı, arsenalı heç kimə verməməliyik" deyə o bildirib. 

O, Fransa prezidenti Emmanuel Makronun ümumavropa nüvə qüvvələrinin yaradılması müzakirəsinin başlaması zərurəti ilə bağlı fikrini şərh edib.

Töhfə Səməd

tag: Nüvə ,Marin Le Pen,Fransa,Makron,Todaypress.az,