Le Pen Fransa qoşunlarının Ukraynaya göndərilməsinə qarşıdır

Dünya

04.03.2025 13:30

2055

Fransa parlamentinin fraksiya lideri Marin Le Pen Ukrayna münaqişəsinin nizamlanması üzrə konfrans keçirməyi təklif edib.

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Onun fikrincə, NATO və Avropa İttifaqı kimi qurumlar olmadan sülh konfransı təşkil etmək və xalqları danışıqlar masası arxasına çəkmək lazımdır.   

Le Pen deyib ki, Ukrayna və Rusiya, ABŞ və Fransa, Türkiyə və Almaniya, Rumıniya, Macarıstan, Polşa, Moldova, Litva, Latviya, Estoniya, Finlandiya, Slovakiya, Çexiya, İsveç, Norveç, İtaliya, Bolqarıstan kimi ölkələr konfransda iştirak etməlidir.

Bundan başqa, o hesab edir ki, Fransa qoşunlarının Ukraynaya göndərilməsi dəlilikdir.   

Nicat Osman

tag: Marin Le Pen,Ukrayna,Fransa,Münaqişə,Todaypress.az,