Le Pen prezidentliyə yenidən namizəd olacaq

Dünya

01.05.2025 21:30

16

Fransa Milli Assambleyasında “Milli Birlik” fraksiyasının rəhbəri Marin Le Pen 2027-ci il prezident seçkilərində iştirak etmək üçün hüquqi mübarizəni davam etdirəcəyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.

1 May mitinqində çıxış edən Le Pen siyasi reabilitasiya üçün mübarizə aparacağını və iki ildən sonra yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu qeyd edib.

O, 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərini də demokratiyanın müsadirəsinə qarşı mübarizə üçün platforma adlandırıb.

Qeyd edək ki, Le Pen 31 mart tarixində dörd il azadlıqdan məhrum edilib və beş il müddətinə seçki hüququndan məhrum olunub. Cəzanı ev şəraitində, elektron qolbaqla çəkəcək.

tag: Fransa, Le Pen,Prezident, Milli Birlik, todaypress.az,