Le Penin vəkili appelyasiyaya müraciət edəcək

Dünya

31.03.2025 19:30

1634

Fransanın sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin vəkili Rodolf Bosslyu siyasətçiyə qarşı çıxarılan hökmü appelyasiya məhkəməsinə verəcəyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.

“Biz apellyasiya şikayəti verəcəyik” deyə vəkil vurğulayıb.

Bununla belə, Bosslyu Le Penin seçkilərdə iştirakına qoyulan qadağanın dərhal icrasına etiraz etməyin mümkün olmadığını qeyd edib. O, baş verənləri "dəhşətli” adlandırıb.

Xatırladaq ki, Paris məhkəməsi Le Penin işi üzrə hökm oxuyub. Siyasətçi 4 il müddətinə azadlıqdan, 5 il ərzində isə dövlət vəzifələrinə seçilmək hüququndan məhrum edilib. O, həmçinin 100 min avro məbləğində cərimələnib.

Töhfə Səməd

tag: Fransa,Marin Le Pen,Məhkəmə,Həbs,todaypress.az,