Le Penin vəkili hökmə münasibətini açıqladı
"Fransanın sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasına rəhbərlik edən Marin Le Pen ona qarşı çıxarılan məhkəmə hökmündən sarsılıb".
TodayPress xəbər verir ki, bu barədə onun vəkili Rodolf Bosslyu “BFMTV” telekanalına müsahibəsində deyib.
“Marin Le Pen faktları inkar etmir. O, sadəcə hesab edir ki, irəli sürülən hərəkətlər cinayət işi üzrə ittihama səbəb ola bilməz” deyə vəkil bildirib.
Bosslyunun sözlərinə görə, əgər apellyasiya şikayəti təmin olunarsa, Le Penin 2027-ci il seçkilərində namizədliyini irəli sürmək üçün hüquqi imkan qalır. O, bu prosesin 2027-ci ildən əvvəl baş tutması üçün mübarizə aparacağını deyib.
Xatırladaq ki, Paris məhkəməsi Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputatı Avropa Parlamentində assistentlərin işə qəbulu üçün ayrılmış vəsaitin mənimsənilməsində təqsirli bilərək cəzalandırıb. Hökmə əsasən, Marin Le Pen beş il ərzində dövlət vəzifələrinə seçilmək hüququndan məhrum edilib.
Qiymət Mahir
tag: Marin Le Pen,Fransa,Həbs,Vəkil,todaypress.az,