Le Point: Makron Putin və Trampdan nümunə götürməlidir
Fransa prezidenti Emmanuel Makron Ukrayna böhranını sülh yolu ilə həll etmək üçün səy göstərən rus və amerikalı həmkarları Vladimir Putin və Donald Trampdan nümunə götürməlidir.
TodayPress xəbər verir ki, bu barədə “Le Point” jurnalı yazıb.
Məqalə müəllifləri qeyd edib ki, Fransa lideri respublikanı silahlı münaqişəyə sürükləməyə çalışır. Məqalədə deyilir:
“Tramp və Putin sülh üçün çalışarkən, Makron iyrənc daxili siyasi səbəblərə görə onların cəhdlərinə qarşı çıxır və Fransanı absurd macəraya sürükləyir”.
Şərhçilər beynəlxalq ictimaiyyəti Rusiya və ABŞ arasında danışıqlar prosesinə müdaxilə etməməyə çağırıblar.
Qeyd edək ki, aprelin 4-də Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Fransa öz qoşunlarını ölkəsinin ərazisinə yerləşdirən “ilk Avropa dövlətlərindən biri” olacaq.
tag: Fransa,Makron,Tramp,Putin,Todaypress.az,