Ledi Qaqanın konsertinə bombalı hücum

Dünya

04.05.2025 21:30

18

Braziliya polisi şənbə günü Rio-de-Janeyrodakı məşhur Kopakabana çimərliyində keçirilən Ledi Qaqanın konsertinə planlaşdırılan bombalı hücumun qarşısını aldığını açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, hücum nifrət nitqi, yeniyetmələrin radikallaşması, özünə zərərvermə və zorakılığı təbliğ edən bir qrup tərəfindən hazırlanıb.

Polisin açıqlamasında bildirilib ki, şübhəlilər əldə düzəldilmiş partlayıcılar və "Molotov" kokteyllərindən istifadə etməklə koordinasiyalı hücumlar həyata keçirmək üçün, azyaşlılar da daxil olmaqla, iştirakçılar cəlb ediblər.

Hücumla əlaqədar olaraq 2 nəfər saxlanılıb.

Rio şəhər meriyasının verdiyi məlumata əsasən, amerikalı pop ulduzun konsertinə təxminən 2,1 milyon insan toplaşıb.

Türkan İsgəndərli

tag: Ledi Qaqa,Konsert,Hücum,Terror,todaypress.az,