“Listeria” epidemiyası ölümə səbəb oldu

Dünya

25.02.2025 18:00

1117

“Listeria” infeksiyası Birləşmiş Ştatlarda ən azı 12 nəfərin ölümünə səbəb olub.   

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və qarşısının alınması Mərkəzləri (CDC) məlumat verib.   

Bildirilib ki, 21 ştatda ən azı 38 nəfər bu infeksiyaya yoluxub, onlardan 37-si xəstəxanaya yerləşdirilib.   

Qeyd edək ki, “Listeria” asanlıqla digər qidalara və səthlərə yayıla bilər.

“CDC”yə görə hamilə qadınlar, 65 və ya daha yuxarı yaşda olanlar və zəif immun sistemi olan insanlar üçün xüsusilə zərərlidir.   

Aysel Mətləb

tag: Listeria,Epidemiya,Ölüm,Pandemiya,Todaypress.az,