Litva Fransanın nüvə təhlükəsizliyi ilə bağlı cavabdehliyinə qarşıdır

Dünya

08.03.2025 20:00

2206

Litvanın Baş naziri Gintautas Palukas Avropanın nüvə təhlükəsizliyinin Fransanın üzərinə qoyulmasının effektiv nəticə verməyəcəyini deyib.

Todaypress xəbər verir ki, O, bu barədə jurnalistlərlə görüşü zaman məlumat verib.

Baş nazirə görə, belə bir yanaşma NATO-nun nüvə doktrinasını sadəcə "bunu artıq Fransa həll edəcək" cümləsi ilə əvəz etmək kimi görünür.

O, bunun son dərəcə məsuliyyətsiz və hətta təhlükəli olduğunu diqqətə çatdırıb. Həmçinin Fransanın nüvə imkanlarını NATO və ABŞ-nin arsenalları ilə müqayisə edərək, onların Fransanı on dəfələrlə üstələdiyini vurğulayıb.

Baş nazir Parisin təklifinin ciddi maliyyə yatırımları tələb edəcəyini və bunun ənənəvi silahlı qüvvələrin maliyyələşdirilməsinə təhlükə yaradacağını əlavə edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi baxımdan blok ölkələrinin Fransanın nüvə qüvvələrinin himayəsinə keçməsi məsələsini müttəfiqləri ilə müzakirə etməyə hazır olduğunu bildirib.

Nicat Osman

tag: Litva,Fransa,Makron,Nüvə,Todaypress.az,