Litva NATO ilə Rusiya arasında münaqişəyə hazırlaşır
Litva 2030-cu ildən əvvəl baş verə biləcək NATO-Rusiya münaqişəsinə hazırlaşır.
TodayPress "UNIAN"a istinadən xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib.
Onun sözlərinə görə, hadisələrin belə inkişaf edəcəyi təqdirdə Litva bu il xüsusi hərbi hissə hazırlayacaq.
O əlavə edib ki, anti-Rusiya sanksiyaları ləğv edilərsə, respublikanın münaqişəyə hazırlaşması üçün 5 ildən az vaxt qalacaq.
Qeyd edək ki, bundan əvvəl Litva Rusiya hakimiyyətini Ukraynadakı münaqişəyə görə cinayət məsuliyyətinə cəlb etmək istəyib.
Töhfə Səməd
tag: NATO,Litva,Rusiya,Münaqişə,Hazırlıq,Todaypress.az,