Litva Rusiyani tənqid etdi

Dünya

09.05.2025 17:40

14

Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, Rusiya Ukrayna ilə müharibədə atəşkəs rejimini qəsdən gecikdirir və bu yolla beynəlxalq ictimaiyyətin, xüsusilə də ABŞ-nin diplomatik səylərini lağa qoyur. 

TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.

Budris qeyd edib ki, Ukrayna hələ iki ay əvvəl qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bəyan edib. Lakin Rusiya bu müddət ərzində intensiv hücumlarını davam etdirib və konkret addım atmamaqla prosesləri uzadır.

O, həmçinin bildirib ki, Rusiyanın bu yanaşması Putinin sülhə maraqlı olmadığını və ABŞ-nin təşəbbüslərinə qarşı açıq hörməsizlik nümayiş etdirdiyini sübut edir. 

Türkan İsgəndərli

tag: Litva,Rusiya,Ukrayna,ABŞ,todaypress.az,