Litva Rusiyanın elektrik enerjisi geosiyasətindən imtina etməyə çağırdı

Dünya

07.02.2025 16:50

1456

Litvanın elektrik şəbəkələri operatoru “Litgrid” şirkətinin baş direktoru Rokas Masyulis Baltikyanı ölkələrin elektrik şəbəkələrinin Avropa İttifaqına (Aİ) Litva və Polşa vasitəsilə sinxronizasiyasını texniki deyil, geosiyasi addım kimi qiymətləndirib.

TodayPress xəbər verir ki, o, bu barədə “BNS” agentliyinə açıqlamasında bildirib.

Masyulisə görə, Baltikyanı ölkələrin enerji sistemləri artıq Polşa ilə əlaqəlidir və bu səbəbdən sinxronizasiya texniki baxımdan böyük dəyişikliklərə səbəb olmayacaq. Əsas məqsəd Rusiya ilə sonuncu enerji bağlantısını qırmaqdır.

Fevralın 8-də Litva Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın daxil olduğu “BRELL” enerji sistemindən ayrılacaq. Bundan sonra ölkənin elektrik şəbəkəsi bir gün ərzində izolyasiya olunmuş rejimdə işləyəcək. Əgər hər hansı problem yaranmazsa, fevralın 9-da Baltikyanı ölkələrin şəbəkəsi Avropa İttifaqının enerji sistemi ilə sinxron rejimə keçəcək.

“Litgrid”in rəhbəri bildirib ki, hazırda Rusiya və Belarusla enerji mübadiləsini həyata keçirən 11 xəttin 10-u artıq kəsilib, naqillər çıxarılıb.

Qiymət Mahir

tag: Litva,Litgrid,Rokas Masyulis,Baltikyanı ölkələr,Aİ,todaypress.az,