Litvada Almaniya modelində sağçı partiya yaradıldı

Dünya

05.05.2025 19:00

20

Litvanın keçmiş baş qərargah rəisi, general Valdas Tutkus Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının analoqu olan “Litva üçün Alternativ” adlı yeni sağçı partiya yaradıb.

TodayPress “Sputnik Blijneye zarubejye”yə istinadla xəbər verir ki, yeni siyasi təşkilat ənənəvi dəyərlərin, ailə institutunun müdafiəsi və miqrasiyaya qarşı çıxmaq məqsədilə fəaliyyət göstərəcək. 

Partiyanın şüarı isə belədir: “Həqiqəti demək üçün cəsarət lazımdır.”

Məlumata görə, “Litva üçün Alternativ” Avropanın bir çox sağçı milli partiyalarından təbrik məktubları alıb.

Qiymət Mahir

tag: Litva,Almaniya,Partiya,Təşkilat,todaypress.az,