Litvada dördüncü ABŞ hərbçisinin cəsədi tapıldı
Ötən həftə Litvada təlim keçdikdən sonra
itkin düşən dördüncü ABŞ hərbçisi vəfat edib.
TodayPress xəbər verir ki , məlumatı ABŞ
Ordusunun (Quru Qüvvələri) Avropa və Afrikadakı komandanlığı təsdiqləyib.
“ABŞ ordusunun 1-ci Zirehli Briqada Döyüş Komandası, 3-cü
Piyada Diviziyasına təyin edilmiş dördüncü əsgər Pabrade ploqonu yaxınlığında ölü tapılıb” məlumatda deyilir.
Baltikyanı respublikanın prezidenti Gitanas Nauseda hərbçinin vəfatı ilə bağlı başsağlığı verib.
Xatırladaq ki, martın 25-də axşam saatlarında Litvanın
Pabrade şəhərindəki mərkəzi hərbi poliqonunda təlimlərdən sonra 4 amerikalı
hərbçi M88 Hercules zirehli reabilitasiya maşınında yoxa çıxıb. Helikopterlərin cəlb olunduğu uzun axtarışlardan sonra ARV
bataqlıqda tapılıb.
tag: ABŞ, Hərbiçi, Ölüm, CƏsəd, Avropa, Afrika, Təlim, todaypress.az,