Litvada genişmiqyaslı hərbi təlimlər başlayır
Litvada 3700 hərbçi və 700 texnikanın iştirakı ilə “Dəmir Qurd 2025-I” adlı hərbi təlimlərə start verilib.
TodayPress xəbər verir ki, bu barədə "Sputnik Litva" məlumat yayıb.
Təlimlərdə Litva ordusu ilə yanaşı, NATO-nun çoxmillətli döyüş qrupunun əsgərləri də iştirak edir. Əsgərlər hücum və müdafiə əməliyyatlarını sınaqdan keçirəcək.
Mayın 16-da isə Gaizhuanai kəndində Amerika hərbçiləri ilə birlikdə hava-desant əməliyyatı keçiriləcək. Bu təlimlər daha sonra “Qəfil Cavab 2025” manevrləri ilə davam edəcək.
Qeyd edək ki, may ayı ərzində Litvada ümumilikdə 8000 hərbçinin iştirak etdiyi bir sıra genişmiqyaslı təlimlər planlaşdırılıb.
Türkan İsgəndərli
tag: Litva,Hərbçi,NATO,Təlim,todaypress.az,