Livan HƏMAS rəhbərlərini həbs etdi
Livan ordusunun xüsusi təyinatlıları Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin iki üzvünü saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Janoubia” məlumat yayıb.
Bildirilib ki, Livan aprelin 15-də ölkənin cənubunda yerləşən Sayd şəhərində əməliyyat keçirib.
Saxlanılan şəxslərin kimliyi ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, son dövrlərdə Livanın cənubunda İsrail və HƏMAS arasında qarşıdurmaların artması müşahidə olunur.
Türkan İsgəndərli
tag: Livan,HƏMAS,Rəhbərlər,Həbs,Todaypress.az,