Livan prezidentindən HƏMAS-a xəbərdarlıq

Dünya

02.05.2025 19:40

9

Livan prezidenti Cozef Aun HƏMAS hərəkatına xəbərdarlıq edib. 

TodayPress xəbər verir ki, bu barədə o, respublikanın Ali Müdafiə Şurasının iclasında deyib

Onun sözlərinə görə, Livan ərazisinin regionda sabitliyi pozacaq hücumlar üçün istifadə olunmasına icazə verilməyəcək.

Bildirilir ki, Livan milli təhlükəsizliyini təhdid edən hərəkətləri qəbul etməyəcək və ölkənin müharibəyə cəlb olunmasına yol verilməməlidir.

Prezident Şura bəyanatında raket hücumlarında iştirak edənlərin məsuliyyətə cəlb olunmasını və qeyri-qanuni silahların təhvil verilməsini tələb edib.

Türkan İsgəndərli

tag: Livan,HƏMAS,Prezident,Xəbərdarlıq,todaypress.az,