Livanda məktəbə getməyən uşaqların sayı artır

Dünya

28.02.2025 19:10

1674

"Livanın şərqində 2 yaşından kiçik uşaqların yarıdan çoxu ciddi ərzaq yoxsulluğu içindədir və bu, bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur". 

TodayPress xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Livandakı nümayəndəsinin müavini Etti Hiqqins bildirib.   

Hiqqins UNICEF-in son hesabatından məlumatlar paylaşıb.

O bildirib ki, başda Baalbek olmaqla, dəfələrlə hava hücumlarının hədəfinə çevrilməsinə baxmayaraq, sıx məskunlaşma yeri olan Bekaa vadisində uşaqların kifayət qədər qidalanmaq imkanı yoxdur. 

O diqqətə çatdırıb ki, 2024-cü ilin noyabrında Livanda atəşkəs elan edildikdən sonra 310-dan çox uşaq ölüb,1500-dən çox insan yaralanıb.   

"Livandakı münaqişə illərlə davam edən iqtisadi çətinliklər, müəllimlərin tətilləri və Covid-19-un təsirindən sonra ölkənin təhsil vəziyyətini daha da ağırlaşdırdı. Hazırda məktəbə getməyən uşaqların sayı yarım milyona çatıb" deyə Hiqqins vurğulayıb.   

Aysel Mətləb

tag: Livan,Məktəb,Məktəbli,Covid,Todaypress.az,