Livanın Baş naziri Suriyaya səfər edəcək

Dünya

13.04.2025 21:05

16

Livanın Baş naziri Nəvaf Salamın rəhbərlik etdiyi hökumət heyəti aprelin 14-də Suriyanın paytaxtı Dəməşqə rəsmi səfər edəcək. 

TodayPress xəbər verir ki, bu barədə Livan Nazirlər Kabinetinin Aparatı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Baş nazir Salam Suriyanın keçid dövrü üzrə müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək. 

Tərəflər Suriyada müharibədən qaçaraq Livana sığınmış suriyalıların doğma vətənlərinə qayıdışı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, Livanın xarici işlər naziri Yusif Raci daha əvvəl ölkədə 2 milyondan çox suriyalı qaçqının olmasının Livan üçün ekzistensial təhlükəyə çevrildiyini vurğulamışdı. Onun sözlərinə görə, bu vəziyyət ciddi sosial və iqtisadi problemlərə səbəb olur.

Türkan İsgəndərli

tag: Suriya,Livan,Dəməşq,Qaçqın,todaypress.az,