Livanın yeni Baş naziri Dəməşqə rəsmi səfər etdi
Livanın Baş naziri Nəvaf Salam aprelin 14-ü Suriyaya ilk rəsmi səfərini həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə “AFP” agentliyi Livan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Salam Dəməşqdə Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəcək.
Mənbənin sözlərinə görə, bu səfər iki ölkə arasında münasibətlərin “qarşılıqlı hörmət əsasında yenidən tənzimlənməsi” üçün mühüm mərhələ hesab olunur.
Bu, Livanda yeni hökumətin formalaşmasından sonra və keçmiş Suriya prezidenti Bəşər Əsədin devrilməsindən iki ay sonra Dəməşqə baş tutan ilk yüksək səviyyəli rəsmi səfərdir.
Qiymət Mahir
tag: Livan,Baş Nazir,Suriya,Dəməşq,Səfər,Todaypress.az,