London Trampın qəzəbinə tuş gəldi

Dünya

29.04.2025 14:10

10

London hökuməti mayın 19-da Avropa İttifaqı (Aİ)-Böyük Britaniya sammitində Amerika liderinin beynəlxalq siyasətinin bir çox əsas aspektlərinə toxunan Aİ ilə strateji tərəfdaşlıq sazişi imzalamaqla ABŞ prezidenti Donald Trampı qəzəbləndirmək riskini gözə alır.

TodayPress xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, strateji tərəfdaşlığa dair yeni sənədin preambula layihəsində tərəflər Ukraynanın ərazi bütövlüyünə, iqlim dəyişikliyi üzrə Paris sazişinə, açıq və azad ticarətə dəstəyi vurğulayırlar.

Bu cür bəyanatlar Vaşinqtonda Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəhbərlik etdiyi hökumətin Brüssel kursuna uyğun hərəkət etməyə hazır olduğuna dair açıq siqnal kimi qiymətləndirilə bilər.

Nəşr əlavə edib ki, "Whitehall" Tramp və onun əsas məmurlarının London və Brüssel arasında münasibətlərin belə sıfırlanmasına necə reaksiya verə biləcəyindən narahatdır.

Qeyd edək ki, Böyük Britaniya kabinetinin nazirləri mayın 19-dək Britaniya avtomobilləri və digər ixracat məhsullarına tarifləri azaltmaq üçün ABŞ ilə ticarət sazişi bağlamağa ümid edirlər. Lakin onlar etiraf edirlər ki, bunun baş verəcəyinə dair heç bir əminlik yoxdur. Nazirlər ehtiyat edir ki, saziş Aİ sammitinə qədər imzalanmasa, Vaşinqtonla ticarət danışıqları pozula bilər.

Töhfə Səməd

tag: Böyük Britaniya,Avropa İttifaqı,Amerika ,Donald Tramp,todaypress.az,