Londonda keçiriləcək Ukrayna sammitinə 3 ölkə dəvət edilmədi

Dünya

01.03.2025 18:48

1631

Baltikyanı ölkələr Böyük Britaniyanın martın 2-də Ukrayna üzrə keçiriləcək sammitdə iştiraka dəvət etməməsindən çox narazıdırlar.   

TodayPress xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

Bildirilib ki, Moskva Latviya, Litva və Estoniyanın görüşdən kənarda qalmasını mütləq qiymətləndirəcək. 

Qeyd edək ki, 10-dan çox Avropa ölkəsinin liderləri Rusiya-Ukrayna münaqişəsi və Avropadakı vəziyyəti müzakirə etmək üçün Britaniyada keçiriləcək sammitdə iştirak edəcək.   

Töhfə Səməd

tag: Britaniya,Görüş,Latviya,Litva,Estoniya,Todaypress.az,