Londonda münaqişənin atəşkəs planı müzakirə olunacaq
ABŞ və Kiyevin digər müttəfiqləri gələn həftə Londonda keçiriləcək görüşdə Ukraynada atəşkəs planını razılaşdırmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilib ki, ABŞ danışıqlar masasına Rusiyanı da gətirmək üçün sanksiyaların yumşaldılmasını və Qərbdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını təklif etməyi planlaşdırır.
Nəşr yazır ki, Vaşinqton görüşdən sonra Rusiya ilə danışıqlara başlamağı nəzərdən keçirir.
Bundan əvvəl “Bloomberg” agentliyi ABŞ hakimiyyətinin Moskva ilə mümkün sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazır olduğunu qeyd edib.
tag: London,Ukrayna,Atəşkəs,Müzakirə,Todaypress.az,