Londonda “Tower Bridge” körpüsü bağlandı

Dünya

10.03.2025 22:10

1250

Londonda “Tower Bridge” körpüsü bağlanıb.

TodayPress  xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, körpü müvəqqəti olaraq nəqliyyat və piyadalar üçün bağlanıb.i

Bağlanma səbəbi kimi bir nəfərin körpünün üst dayaqlarından birinə çıxması olub.

Daha sonra ,xilasetmə məqsədilə nərdivan quraşdırılıb və polis şəxsin təhlükəsiz şəkildə yerə endirib.

Aynur TAC

 

tag: London, Körpü, Tower Bridge, Piyada, Polis, todaypress.az,