Lukaşenko Belarusun Ermənistandakı səfirini vəzifəsindən azad etdi
Belarus Prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Aleksandr Konyuku Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.
TodayPress xəbər verir ki, bu barədə məlumat Belarus liderinin rəsmi saytında yer alıb.
Digər sərəncama əsasən, Vyaçeslav Bril də Belarusun Nigeriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, eyni zamanda Qana, Kamerun və Fil Dişi Sahilindəki səfir vəzifələrindən azad olunub.
tag: Belarus, Lukaşenko, Ermənistan, Səfir, Sərəncam,Vyaçeslav Bril , Nigeriya, todaypress.az,