Lukaşenko Gürcüstanı dəstəklədi

Dünya

11.03.2025 13:13

862

"Belarus Gürcüstanın öz dövlətçiliyini və suverenliyini müdafiə etmək üçün atdığı addımları düzgün hesab edir".   

TodayPress xəbər verir ki, bunu adı çəkilən ölkənin prezidenti Aleksandr Lukaşenko bildirib. 

“Biz Gürcüstanın öz dövlətçiliyini və suverenliyini qorumaq üçün atdığı addımları yüksək qiymətləndirir və dəstəkləyirik. Bu, bizim yanaşmalarımıza uyğundur” Belarus lideri bildirib. 

Xatırladaq ki, martın 5-də Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili bəyan edib ki, onun ölkəsi “anti-Rusiya aləti” olmaqdan qəti şəkildə imtina edir.   

Töhfə Səməd

tag: Lukaşenko,Belarus,Gürcüstan,Dəstək,Todaypress.az,